"Kanal 13" internet televiziyasının direktoru azadlığa buraxılıb

Kanal 13 internet televiziyasının direktoru azadlığa buraxılıb
Hadisə 1087
"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov azadlığa buraxılıb.Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.Onun sözlərinə görə, Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə Ə.Orucovun kassasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub.Qərara əsasən, onun ittiham oluduğu Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilib. 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif edilib. Məhkəmə onun barəsində şərti cəza çıxarıb.Qeyd edək ki, Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədovun müşavirinin qızıllarını mənimsəmiş şəxs həbs edildi

Ziya Məmmədovun müşavirinin qızıllarını mənimsəmiş şəxs həbs edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikay...

1238 Hadisə 20:52 09 fevral 2018

Son xəbərlər