Hökm icra olundu - Xədicə azadlıqda - FOTO

Hökm icra olundu - Xədicə azadlıqda - FOTO
Siyasət 1800
 

Bu gün Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə X. İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.

BAKU.WS

Oxşar xəbərlər

Xədicə İsmayıl azadlığa buraxıldı

Xədicə İsmayıl azadlığa buraxıldı

Jurnalist Xədicə ismayıl azadlıqda. ANS PRESS-in məlumatına görə, Ali Məhkəmədə jurnalistin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prose...

1124 Hadisə 15:44 25 may 2016

Son xəbərlər