Bakıda azyaşlı qıza təcavüz edən şəxs məhkəmədən azadlığa buraxıldı

Bakıda azyaşlı qıza təcavüz edən şəxs məhkəmədən azadlığa buraxıldı
Hadisə 5543

Bakı Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Rəşad İlqar oğlu Quliyev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

BAKU.WS report-a istinadən bildirir ki, Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilərək, bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R.Quliyev 2015-ci ildə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinərək saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxs məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

BAKU.WS

Son xəbərlər