Azərbaycanda Facebook şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran gəncə 5 il iş kəsdilər
Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən1998-ci il təvəllüdlü Şahmarov Rövşən Elşad oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilib. Belə ki, R.Şahmarovun həbs cəzası 7 il 6 aydan 5 il 7 ay 15 günə endirilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov Elvin Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardım göstərməsi nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb isə R.Şahmarovun "facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb.
O, Cinayət Məcəlləsinin 29.120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürmə cəhd) maddəsi ilə ittiham olunub.
2015-ci ilin noyabr ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə R.Şahmarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Nəriman Alməmmədov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
BAKU.WS
Oxşar xəbərlər
Aytacı öldürən oğlan Apellyasiya Məhkəməsinə müraciət edib
Bakı Apelyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti...