Azərbaycanda 9-cu sinif şagirdini zorlayanlar məhkəmə zalından azadlığa buraxılıb
Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb.
BAKU.WS məlumat verir ki, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ittahama görə, seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Leyla Yunus azad edildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən...