"Zaminbank"ın filial müdirini öldürənlərə hökm oxundu

Zaminbankın filial müdirini öldürənlərə hökm oxundu
Hadisə 2206

"Zaminbank”ın Nəsimi filialının müdirini öldürməkdə təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevə hökm oxunub 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa” otelinin idman zalında öldürülən "Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS lent.az-a istinadən məlumat verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Sənan Quliyev ömürlük, Mövlüd Səfərov isə 20  il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Sənan Quliyevin ömürlük, Mövlüd Səfərovun isə  20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, keçən il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.

BAKU.WS

Oxşar xəbərlər

Sahil bağında it gəzdirən oğlanın qatilinə 17 il iş kəsildi

Sahil bağında it gəzdirən oğlanın qatilinə 17 il iş kəsildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Sahil" bağında qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi...

1900 Hadisə 16:01 30 dekabr 2015

Son xəbərlər