Bakıda ev tikintisi faciə ilə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş, 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi sağ, digər vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məh...