Sahil bağında it gəzdirən oğlanın qatilinə 17 il iş kəsildi

Sahil bağında it gəzdirən oğlanın qatilinə 17 il iş kəsildi
Hadisə 1900

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Sahil" bağında qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS məlumat verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Elçin Çobanova hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elçin Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Elçin Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı  Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o hadisə yerini tərk edib.

Elçin Çobanov Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) 29.120( adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

BAKU.WS

Oxşar xəbərlər

Aytacın qatilinə 20 il cəza istənildi

Aytacın qatilinə 20 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçi...

1757 Hadisə 16:48 17 noyabr 2015

Son xəbərlər