"Roşka" ləqəbli tiktokerə cəza istənilib
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı
Gəncə şəhərində kişi keçmiş arvadını bıçaqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 yaşayış massivində ba...