Sahil bağında qətl törədən şəxsin məhkəməsi keçirilib

Sahil bağında qətl törədən şəxsin məhkəməsi keçirilib
Hadisə 1890

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil bağında qətl hadisəsi törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS məlumat verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən Elçin Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hakim Elçin Çobanova son söz versə də, o çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 3-də davam edəcək. 

Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı  Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

BAKU.WS

Oxşar xəbərlər

Leyla və Arif Yunusların apelyasiya şikayətinə baxılıb

Leyla və Arif Yunusların apelyasiya şikayətinə baxılıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə mə...

1073 Siyasət 16:51 15 oktyabr 2015

Son xəbərlər