Aytacın qatilinə 20 il cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS məlumat verir ki, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə A.Babayevanın anası İ.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Məhkəmənin növbəti prosesi noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Aytacın anasından qatilinə: "Sən ölən günü əlimə xına yaxacam" (VİDEO)
Bakıda 11-ci sinif şagirdi Aytac Babayevanı qətlə yetirməkdə şübhəli bilinən gəncin məhkəməsi keçirilib. BAKU.WS-in əməkdaşının məlumatına görə, Bakı Ağır Cin...