"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib
"Haber Global" telekanalı hazırladığı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana zəng etməsindən bəhs edib.
Oxu.Az xəbər verir ki, süjetdə Azərbaycan Prezidentinin Məsud Pezeşkianı ad günü münasibətilə təbrik etdiyi, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzuladığı bildirilir.
İran prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Vurğulanıb ki, telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.
Bundan başqa, Azərbaycan hökumət nümayəndələrinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.
Oxşar xəbərlər
Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir
Azərbaycan və Ermənistan arasındakı sülh prosesi əhəmiyyətli dərəcədə irəliləyib, lakin Avropanın Cənubi Qafqaza yanaşması hələ də böyük ölçüdə region haqqında...