Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür
Slovakiya və Azərbaycan strateji tərəfdaşlığı inkişaf etdirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov ölkənin Konstitusiya Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün Slovakiya və Azərbaycan yüksək səviyyəli siyasi dialoqu qoruyub saxlayır. Sübutu isə bu yaxınlarda baş tutmuş ali səviyyəli səfərlər - Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri və Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri olub.
"Bu yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin möhkəmliyini və onların gələcək inkişafına olan qarşılıqlı marağımızı təsdiq edir", - E. Qasımov deyib.
O qeyd edib ki, iki ölkə arasında tərəfdaşlıq praqmatizm və qarşılıqlı hörmət üzərində qurulur.
"Slovakiya və Azərbaycanı əsl strateji tərəfdaşlıq birləşdirir. Bizim münasibətlərimiz sadəcə formal diplomatik əlaqələr deyil. Biz bir-birini dəstəkləyən, əla münasibətləri konkret layihələrə və praktiki əməkdaşlığa çevirən dost dövlətlərik", - səfir vurğulayıb.
E. Qasımov həmçinin bildirib ki, Slovakiya Azərbaycanı regionun əsas ölkələrindən biri, sabitliyin və inkişafın mühüm qarantı, eləcə də Şərqlə Qərbi birləşdirən əhəmiyyətli logistika və nəqliyyat qovşağı kimi görür.
Oxşar xəbərlər
Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib....