Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə Bakıda görüşmək mənim üçün böyük şərəf idi".
BAKU.WS xəbər verir ki, bunu FIFA-nın prezidenti Canni İnfantino sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, paylaşımda görüş FIFA-ya göstərdiyi dəstəyə və ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına ev sahibliyi etdiyinə görə İlham Əliyevə təşəkkür etdiyini qeyd edib.
"Azərbaycan Prezidenti futbolun gənclərə imkanlar yaratmaqda və icmaları bir araya gətirməkdə oynaya biləcəyi rolu yaxşı anlayır. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə onun prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında futbolun inkişafı istiqamətində həyata keçirdiyimiz layihələri davam etdirmək üçün dövlət başçısının dəstəyinə sahib olmaqdan məmnunam".
Oxşar xəbərlər
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsind...