İcra başçısı məmuru qəbiristanlıqda danladı: "Camaatın ağzından vurmayın"
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə sərt xəbərdarlıq edib.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, buna S.Fərzəliyevin icra başçısı ilə söhbət edən, problemləri dilə gətirən sakinlərin sözlərini kəsməsi səbəb olub.
İcra başçısı sentyabrın 27-də - Anım Günündə Avaran kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun məzarlarını ziyarət edib.
S.Məmmədxanov burada kənd sakinləri ilə söhbətləşib. Onlar infrastruktur problemləri ilə bağlı məsələ qaldırıblar, yolun çəkilməsini xahiş ediblər. Bu zaman Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev sakinin sözünü kəsib, onun sualı düzgün vermədiyini deyib.
Bu isə icra başçısının sərt reaksiyasına səbəb olub. O, icra nümayəndəsinin fikirini davam etdirməsinə imkan verməyib, ona irad tutub:
"Düz edir. Camaat yalan danışmır. Siz yadınızda saxlayın, camaat mənə nə deyirsə, ona müdaxilə edib heç kimin ağzından vurmayın. Qoy camaat ürəyindən keçəni desin. İşığı da biz verməliyik, qazı da, suyu da, yolu da biz verməliyik. Qalan məsələlər onların öz işidir. Ona görə də camaatı dinləyin. Mənə nə deyirlərsə, camaatın ağzını yummağa çalışmayın. Onsuz da mən onu istədiyim vaxt çağırıb soruşacağam".
Qeyd edək ki, Sabir Fərzəliyev Qusar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şair Alxasovun qohumudur.
Oxşar xəbərlər
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb. BAKU.WS "Bak...