Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xalq artisti açıqlamasında bir neçə xəstəliklə mübarizə apardığını deyib:
"Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaqlar. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür".
Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.
Oxşar xəbərlər
Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?
Gələn ilin dövlət büdcəsinin layihəsində Azərbaycan kinosunun inkişafı üçün ümumilikdə 12,1 milyon manat vəsait nəzərdə tutulub. Bunun 3,1 milyon manatı Kino Ag...