Azərbaycanda sevgilisini başqa kişilərlə görüşdürüb şantaj edən kişiyə hökm oxundu

Azərbaycanda sevgilisini başqa kişilərlə görüşdürüb şantaj edən kişiyə hökm oxundu
Hadisə 2121

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və şantajda təqsirləndirilən 1989-cu il təvəllüdlü Məmmədəli Hacıyev, 1984-cü il təvəllüdlü Gülhüseyn Sadiqov və 1990-cı il təvəllüdlü Əfsanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Əfsanə Hüseynova onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı Gülhüseyn Sadıqov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

M.Hacıyev kikboks idman növü ilə məşğul olub. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib. Hakimlər kollegiyasının hökmünə əsasən M.Hacıyev 10 il 6 ay, G. Sadıqov 9 il 6 ay, Ə. Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə azad etdi

Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə azad etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubayda fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadənin c...

2339 Hadisə 13:48 26 oktyabr 2015

Son xəbərlər