Elza Seyidcahan: İnsan necə "qudurarmış"

Elza Seyidcahan: İnsan necə qudurarmış
Şou-biznes 54

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər".

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konsert verən bəzi müğənniləri qınayıb:

"Konsertləri bu dəqiqə toy gününə salıblar. Toy müğənniləri artıq böyük səhnələrə ayaq açıblar. Əslində, bizim bəstəkarlar o səhnələrdə deməlidirlər ki, "Gəlin, keçin bizə konsert verin". Baxın da, görün kimlərin konsertləri olur. Biabırçılıq! Toylarda oxuyanlar gündə konsert verirlər. Özü bir dənə konsert verən kimi səhəri dəyişirlər. Üzr istəyirəm ifadəmə görə, insan necə "qudurarmış".

Üzr istəyirəm, bəlkə də bu söz mənim vücuduma yaraşmır. Amma bir dənə konsert verən kimi səhər onların danışıqlarına, hərəkətlərinə baxın. Gördükləri böyüklərə hətta salam da vermirlər, görməzdən gəlirlər. Guya bunlar o səhnəyə çıxdılar, bunlar dəyişdilər. Əslində, onlar səhnəni çirkləndirdilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu

Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu

Avroviziya təmsilçimiz, tanınmış müğənni Dilarə Kazımova yeni ifasını təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi sözləri və musiqisi Sheyh Ree (Şəhriyar Ramaz...

444 Şou-biznes 17:12 03 oktyabr 2026

Son xəbərlər