Mehman Əliyev azadlığa buraxıldı

Mehman Əliyev azadlığa buraxıldı
Siyasət 1075
Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb.Bu barədə BAKU.WS-ə Mehman Əliyevin vəkili Fuad Ağayev deyib.Onun sözlərinə görə, Yasamal rayon məhkəməsinin qərarı ilə M.Əliyev barəsində olan həbs qətimkan tədbiri ləğv edilib.Vəkil əlavə edib ki, qərara görə M.Əliyev barədə başqa yerə getməmək qətimkan tədbiri seçilib.Xatırladaq ki, M.Əliyev barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib.Qeyd edək ki, Vergilər Nazirliyi “Turan" İnformasiya Agentliyi MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.İstintaq zamanı məlum olub ki, “Turan" İnformasiya Agentliyi MMC-nin direktoru M.Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub. Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.M.Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər