Xədicə İsmayılovanın cəzası azaldıldı

Xədicə İsmayılovanın cəzası azaldıldı
Hadisə 1466
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalisit Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X. İsmayılova barəsində olan Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

 

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

 

BAKU.WS

Oxşar xəbərlər

Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulan qadağa ləğv olunub

Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulan qadağa ləğv olunub

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın Azərbaycanın hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsa...

1633 Hadisə 11:14 12 iyul 2016

Son xəbərlər