"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq.
Karni və Ərdoğan iyulda Ankarada keçirilən NATO sammiti çərçivəsində başlanan azad ticarət danışıqlarını, həmçinin enerji və müdafiə sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edə bilərlər.
Bundan əlavə, hər iki ölkənin ticarət nazirləri bu həftə liderlərin görüşü ərəfəsində danışıqları sürətləndirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən sabiq mayor Nidal Həsənin güllələnmə yolu ilə edam edilməsini təsdiqləyib. B...