Gəncədə daha 7 nəfər həbs olundu

15
iyl
2018
13:01
Virtualaz.org-un hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.Ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs olunub. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər
Gəncədə terror çağırışı edənlərin həbsi başlandı, xaricdə yaşayanlar axtarışa verildi
Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində 21 cinayət işi başla...