Əməliyyat keçirildi – 29 nəfər saxlanılıb
                            
                                02
                                iyn
                            
                                2018
                                11:00
                            
                            
                        Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qeydə alınan cinayətlərdən 23-ü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 21 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Azərbaycan yollarında 3 nəfər ölüb, 16 nəfər yaralanıb
Ötən iki gündə Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyin...