Azərbaycanda bir gündə 35 cinayətkar həbs edildi
19
may
2018
09:53
Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 18-də 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Polis əməliyyat keçirdi – 17 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məluma...