Dünən 124 cinayət baş verib
08
may
2018
10:16
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, baş verən cinayətlərdən 19-u “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər saxlanılıb. Saxlanılanlardan 14 nəfər borclu olduğuna görə həbs edilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Fevralın 16-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.DİN-in Mətbuat...