Azərbaycan yollarında 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Azərbaycan yollarında 3 nəfər ölüb, 16 nəfər yaralanıb
Hadisə 2001
Ötən iki gündə Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 26-dan 28-dək 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bir gündə 35 cinayətkar həbs edildi

Azərbaycanda bir gündə 35 cinayətkar həbs edildi

Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyinin Mət...

1031 Hadisə 09:53 19 may 2018

Son xəbərlər