Azərbaycan polisi “isti izlər”lə əməliyyat keçirdi - 57 nəfər saxlanılıb

Azərbaycan polisi “isti izlər”lə əməliyyat keçirdi - 57 nəfər saxlanılıb
Hadisə 4361
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib ki, qeydə alınan cinayətlərdən 41-i “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat keçirildi – 38 nəfər tutulub

Azərbaycanda əməliyyat keçirildi – 38 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov B...

1347 Hadisə 10:14 07 iyun 2018

Son xəbərlər