Yol polisi ilə sürücü ilə arasında əlbəyaxa dava

Yol polisi ilə sürücü ilə arasında əlbəyaxa dava
Hadisə 1769

 

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb.

BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində baş verib. Bakı sakini Tural Zeynalov özünə məxsus "Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə təhlükəli idarə etdiyi üçün ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün əməkdaşları Nazim Əzizov və Bərşad Adıgözəlov tərəfindən saxlanılıb.

Sürücü T.Zeynalov polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edərək onlara xəsarət yetirib, başı ilə vuraraq polislərin xidməti avtomobili olan "Fiat Doblo”nun şüşəsini sındırıb. T.Zeynalov saxlanılıb, Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha iki yol polisi döyülüb

Bakıda daha iki yol polisi döyülüb

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş ver...

2426 Hadisə 16:33 24 fevral 2016

Son xəbərlər