Bakı metrosunda polisi döydülər
13
noy
2015
15:35
Bakı Metropoliteninin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib. BAKU.WS-in "Report" saytına istinadən verdiyi məlumata görə, Bakı sakini, 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı, 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanunu tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda başkəsmə cinayəti ilə bağlı rəsmi açıqlama
Bakı şəhər Baş Polis İdarəsi ötən gün baş vermiş qətl hadisəsi barədə məlumat yayıb. İdarədən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 11-də Bakının Qara Qara...