Azərbaycanda polis əməkdaşı döyüldü
Tovuz rayonunda yol polisi əməkdaşları ilə kənd sakinləri arasında insident yaşanıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Adı hələlik açıqlanmayan kənd sakini içkili vəziyyətdə toydan çıxaraq "Niva” markalı avtomobillə hərəkət edərkən qaydanı pozduğuna görə Tovuz Rayon Polis Şöbəsi Yol Polisi Bölməsinin əməkdaşları onu saxlamaq istəyib. Lakin sürücü "Saxla!” əmrinə tabe olmayaraq, avtomobili kəndə sürüb. Yol polisi əməkdaşları sürücünü saxlamaq üçün onun yaşadığı Dondar Quşçu kəndinə gəliblər. Bu vaxt sürücünün həyat yoldaşı və bir neçə kənd sakini yol polisi əməkdaşlarını təhqir edərək zor tətbiq ediblər. Dava zamanı yol polisi müfəttişi, 1987-ci il təvəllüdlü Hikmət Quliyev baş nahiyəsindən xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, "Niva” markalı avtomobil artıq cərimə meydançasına aparılsa da, sürücü gizlənir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. Davada iştirak edən bir neçə nəfər saxlanılıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 8 "avtoş" həbs edildi (FOTO)
Bakı şəhərində polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığına, sükan...