Bakıda "Niva"nı saxlayan yol polisini döydülər
Bakıda yol polisinin döyülməsi ilə nəticələnən insident baş verib BAKU.WS-inməlumatına görə, bu barədə hadisə şahidləri Musavat.com-a bildiriblər. Hadisə sentyabrın 8-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində baş verib. Həmin ərazidə Dövlət Yol Polis İdarəsinin əməkdaşları 10 CA 030 dövlət nömrə nişanlı "Niva” markalı maşını saxlayıblar. Səbəb maşında uzaq vuran əlavə işığın quraşdırılması olub. Bu zaman sürücü ilə DYP əməkdaşı, baş serjant Səbuhi Zeynalov arasında mübahisə yaranıb. Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb. "Niva”da olan sərnişin isə polisi döyərək hadisə yerindən uzaqlaşıb. Araşdırma zamanı sürücünün Şamil Rüstəmov olduğu məlum olub. Polisi vuran şəxs isə Məhərrəm Səfərov olub. Hər iki şəxsin saxlanıldığı bildirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir bayker yol polisi mübahisəsi (VİDEO)
Bakıda daha bir baykerlə yol polisi arasında insident yaşanıb. BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. Yayılan videoda görünür...