Sumqayıtda maşın SOCAR-ın yanacaqdoldurma məntəqəsinə çırpıldı
Abşeron rayonunda minik maşını yanacaqdoldurma məntəqəsində qəza törədib. Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, "Hyundai” markalı minik maşını yanacaqdoldurma məntəqəsində benzindoldurma aparatına çırpılıb. Qəza nəticəsində məntəqənin iki əməkdaşı və sürücünün yaralandığı bildirilir. Hadisə Sumqayıt şəhərinin girəcəyindəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil 150-160 sürətlə hərəkət edirmiş. Həmin ərazidə isə minimal sürət həddini göstərən yol nişanı qoyulub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda maşın SOCAR-ın binasına girdi (FOTO)
Ötən gün paytaxtda minik maşını Azərbaycan Dövlət Neft Şirkətinin binasına girib. BAKU.WS-in məlumatına görə, "Chevrolet aveo” markalı, 90 VG 510 dövlət nömrə...