SOCAR benzinin qiymətini ucuzlaşdırdı
Gürcüstanda yanacağın qiyməti ucuzlaşdırılıb.
BAKU.WS-in məlumatına görə, ölkədə fəaliyyət göstərən bir neçə şirkət qiymətləri 5-6 tetri (2 qəpik) aşağı salıb. Qiymətləri aşağı salan şirkətlər arasında SOCAR Georgia Petroleum da var.
Şirkətdən bildirilib ki, qiymətlər onların bütün yanacaqdoldurma stansiyalarında (YDM) tətbiq edilir. Bütün yanacaq tipləri 5 tetri ucuzlaşdırılıb. SOCAR-ın YDM-lərində təklif olunan yanacaqların hazırki qiymətləri belədir: "Nano-requlyar" - 1,90 lari, "Evro requlyar" - 1,93 lari, "Nano-premium" 2,04, "Super" - 2,12 lari, "Nano-dizel" - 1,87 lari, "Avro-dizel" - 2,02 lari.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandan fərqli olaraq ölkəmizdə fəaliyyət göstərən YDM-lərində benzin qiymətləri daha bahadır. Hazırda "Super” markalı yanacağın qiyməti 1 manat 5 qəpik və "Premium” markalı yanacağın qiyməti isə 93 qəpikdir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Neftin qiyməti qorxulu həddədək düşdü
Dünya birjalarında neftin qiyməti bir qədər də ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” marka...