Bu da SOCAR-ın suda "zapravka"sı (VİDEO)

Bu da SOCAR-ın  suda zapravkası (VİDEO)
Video
İqtisadiyyat 1481
"SOCAR-la səyahətlərdə" şüarı altında üzməyin növbəti mövsümünə start verilib.

BAKU.WS-in verdiyi məlumata görə, su skuterlərinin, katerlərin, yaxtaların və motorlu qayıqların sahibləri su hövzəsindən çıxmadan öz nəqliyyat vasitəsinə asanlıqla yanacaq vurdura bilərlər. 

"Bakı-1" yanacaq doldurma məntəqəsi (YDM) "SOCAR" markası altında ilk dəfə 27 avqust 2011-ci il tarixində fəaliyyətə başlayıb. YDM Dnepr çayının Kiyev şəhərindən keçən hissəsində iki gəmini birdən doldurmaq imkanına malikdir. Bu YDM-lərdə Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM "Nano”benzinləri və TM "Nano” dizel yanacağı təklif olunur.

Bütovlükdə bu su üzərində yerləşən YDM 67 м³ neft məhsulu tutur və bu yanacaqla böyük bir gəmini doldurmaq olar. Məcburi surətdə YDM-də dərman qutusu da olur.

Yeni texnologiyanın tətbiqi su motorlu texnikasının sahiblərinə ətraf mühitin çirklənməsi ilə bağlı cərimələrdən yaxa qurtarmağa imkan verəcək. Çünki, potensial olaraq çənə kanistrdən yanacağın tökülməsi ekoloji baxımından təhlükə yaradır.

BAKU.WS 

Oxşar xəbərlər

Xəzər dənizindən onlarla cadu çıxdı (VİDEO)

Xəzər dənizindən onlarla cadu çıxdı (VİDEO)

İsti yay günlərində sakinlərin üz tutduğu əsas məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Daha çox axşam saatlarında insanlarla dolu olan bu məkanda özlərin...

2584 Sosial 11:48 06 avqust 2015

Son xəbərlər