Bakıda polis maşını qəzaya uğradı

Bakıda polis maşını qəzaya uğradı
Hadisə 2303

  Bakıda polis maşını qəzaya düşüb. BAKU.WS-in məlumatına görə, Yasamal rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə İzmir küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri - Vəfa Paşayevanın idarə etdiyi "Mercedes", Nurəddin Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Eldəniz Kərimovun idarə etdiyi "Volkswagen" markalı, 10 AP 939 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Son xəbərlər