Bakıda bayker yol polisini qanunla haqsız çıxardı (VİDEO)
Bakıda, Avropa Otelinin qarşısında baykerlə yol patrul xidməti inspektoru arasında maraqlı dialoq baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə insident motosiklet sürücüsü Fərid tərəfindən müşahidə kamerası vasitəsilə çəkilib. Videodan görünür ki, yol polisi əməkdaşı motosiklet sürücüsünü heç bir səbəb olmadan saxlayıb. Əvvəlcə sənədlərin yoxlanılması adı ilə saxlanılan sürücüyə sonradan motosikletin səsinin qanunla nəzərdə tutulandan çox çıxdığını bildirilir. Lakin bayker yol polislərindən səsölçən cihazla səsin ölçülməsini tələb edir. Yol polisində isə qurğu olmur.
Daha sonra sürücünün dizlik taxmadığını əsas gətirən yol polisi motosikletin cərimə meydançasına aparılacağını bildirib. Lakin bayker polisin haqsız olduğunu bildirib və "102” saylı nömrəyə zəng vurur. Sonradan araşdırmalar aparılıb və yol polisinin haqsız olduğu məlum olub. Yol polisi motosiklet sürücüsünün qanun pozduğunu sübut edə bilməyib və onun sənədlərini qaytarmağa məcbur olub.
Sürücü söhbət əsnasında dəfələrlə motosiklet sürücülərinin Rəşadət Babayev adlı yol polisi rəisi tərəfindən incidildiyini bildirib və bu barədə şikayət olunduğunu xatırladıb.
BAKU.WS həmin videonu təqdim edir.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Qızlar arasında ölümcül dava (VİDEO)
Sosial şəbəkələrdə iki qız arasındakı davanın videosu paylaşılıb. BAKU.WS-in məlumatına görə, gənc qız motosiklet üzərində əyləşən həmcinsi bir anda yerə yıxar...