Bakıda sərxoş sürücü polisi döydü

Bakıda sərxoş sürücü polisi döydü
Hadisə 2432

Bakıda maşını içkili vəziyyətdə idarə etdiyi üçün saxlanılan sürücü polisi döyüb. BAKU.WS-in musavat.com saytıa istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində Bakı sakini 1976-cı il təvəllüdlü İlqar Abbasovun idarə etdiyi "Audi” markalı avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər. Sürücü müayinə üçün Zığ yolu küçəsində yerləşən Narkoloji Dispanserə aparılıb.

Sərxoş sürücü müayinə zamanı Post Patrul Xidməti Bölüyünün serjantı Tariyel Eyyubovu döyüb, ona yumruq zərbəsi endirib. Polis əməkdaşı xəsarət alıb. Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda polis əməkdaşı döyüldü

Azərbaycanda polis əməkdaşı döyüldü

Tovuz rayonunda yol polisi əməkdaşları ilə kənd sakinləri arasında insident yaşanıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dondar Q...

2368 Hadisə 11:17 14 oktyabr 2015

Son xəbərlər