Bakı avtobusunda kişi 24 yaşlı qızı döydü
06
noy
2015
12:54
Bakıda 24 yaşlı qızı orta yaşlı kişi marşrut avtobusunda döyüb. BAKU.WS-in milli.az saytına istinadən verdiyi xəbərə görə, hadisə Nəsimi rayonunda baş verib. Axşam saat 20 radələrində A.Məhərrəmov küçəsi ilə hərəkətdə olan 135 saylı marşrut avtobusunda gənc qızla kişi arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən kişi Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aynur Ocaqverdiyevanı döyüb. Kişi qızı sifətindən yumruqla vurub. Xəsarət alan qız hadisə barədə 19-cu Polis Bölməsinə şikayət edib. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
27 yaşlı gözdən əlil qızı döyüb zorladılar (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli və iyrənc cinayət baş verib. BAKU.WS-in məlumatına görə, hadisə gecə saatlarında törədilib. Naməlum şəxs 27 yaşlı...