Bakıda ər hamilə arvadını döyüb öldürdü

Bakıda ər hamilə arvadını döyüb öldürdü
Hadisə 2373

Bakının Pirallahı rayonunda ər hamilə arvadını ölümcül döyüb.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Pirallahı rayon Polis İdarəsindən haqqın.az saytına bildiriblər. Verilən məlumata görə, bu gecə 3 saylı şəhər xəstəxanasında 1975-ci il təvəllüdlü Yuliya Sergeyevna Loqinova dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, qadın daxili qanaxmadan keçinib. Onun bədənində döyülmə izləri olub. Məlum olub ki, qadını əri Faiq Sadıxov döyüb.

İnsident 8 oktyabrda Yuliya Loqinovanın mənzilində qeydə alınıb. Faiq Sadıxov qadının 13 yaşlı oğlu Yeqoru döymək istəyib. Ana oğlunu müdafiə edib. Nəticədə kişi arvadının başına bir neçə güclü zərbə endirib. Zərbələrdən sonra hamilə qadın huşunu itirib. Onu təcili xəstəxanaya aparıblar. Lakin həkimlər hamilə qadını xilas edə bilməyib.

Polis əri saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadın kişini döydü

Bakıda qadın kişini döydü

Bakıda 30 yaşlı kişi qonşusundan polisə şikayət edib. BAKU.WS-in qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, hadisə Pirallahı rayonunda baş verib. Rayo...

2363 Hadisə 12:42 26 sentyabr 2015

Son xəbərlər