Saatlıda baş verən hadisə ilə bağlı cinayət işi başlanıb
11
iyn
2018
17:47
Baş Prokurorluq Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 10-da saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına daxil olub.Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi Saatlıda pambıq tarlasında zəhərlənənlərlə bağlı AÇIQLAMA YAYDI
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənmə diaqnozu ilə Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyə...