Saatlıda 21 işçi pambıq tarlasında zəhərləndi
11
iyn
2018
09:10
Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.BAKU.WS "Report" agentıiyinə istinadən xəbər verir ki, hadisə rayonun Sımada kəndi ərazisində qeydə alınıb.Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ər arvadını bıçaqladı
Saatlı rayonunda ər arvadını bıçaqlayıb.“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.Kənd sakini, 1988-ci il təvəllüdlü...