Azərbaycanda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib

Azərbaycanda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib
Hadisə 1450
Şəki rayonunda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib.BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş verib.Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov hələlik bilinməyən səbəblərdən yüksək miqdarda sirkə turşusu içib. E.Rəsulov zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, onun vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib: "Zəhərlənən şəxsə həkimlər tərəfindən intensiv müdaxilələr edilib. Xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə Bakıdakı xəstəxanalardan birinə köçürüləcək".Qeyd edək ki, E.Rəsulov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşıdır.BAKU.WS

Oxşar xəbərlər

Şəkidə qadın valideyninin qəbri üstündə özünü asıb

Şəkidə qadın valideyninin qəbri üstündə özünü asıb

Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib. Hadisə bu gün axşam saatlarında Şəki şə...

2346 Hadisə 23:01 17 yanvar 2018

Son xəbərlər