Dağüstü parkda 69 yaşlı kişi sirkə içib intihar etdi
22
fev
2017
09:57
Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 19 yaşlı oğlan canına qıydı
Bakıda 19 yaşlı oğlan özünü asıb. BAKU.WS Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, M.İbrahim küçəsi 41 ünvanında yerləş...