Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ictimai nəqliyyat sahəsində elektriklə işləyən nəqliyyat vasitələrinin şarj olunmasında bərpa olunan mənbələrdən istifadə edilməsi pilot layihələr olaraq tətbiq oluna bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, enerjidən daha səmərəli istifadə yanma nəticəsində yaranan emissiyaları azaltmağa imkan verəcək ki, bu da öz növbəsində 7-ci Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir:
" Ölkədə metanın atmosferə birbaşa buraxılması nəticəsində yaranan emissiyanın azaldılması üçün əməliyyat prosesləri təkmilləşdiriləcək və daha səmərəli texnologiyalar tətbiq olunacaq".
O qeyd edib ki, avadanlıqlarda və boru kəmərlərində sızmaların aşkarlanması və aradan qaldırılması, emissiyaların kompensasiyası üzrə proqramların hazırlanması, meşələrin bərpası və bərpa olunan enerji layihələri vasitəsilə istixana qazlarının azaldılması da görüləcək işlər arasındadır.
Oxşar xəbərlər
Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur
"Mənzil-istismar sahələrinin (JEK-lərin) fəaliyyəti və ümumilikdə yaşayış binalarının idarə edilməsi sistemi yenidən nəzərdən keçirilməlidir. Bu strukturların y...