Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.
"Nisbətən qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına cavab verən müasir qanunvericilik bazası formalaşdırıb. Ölkəmiz BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki hüquqi və cinayət məsuliyyəti haqqında konvensiyalarını ratifikasiya edib. Bundan əlavə, Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır", - o bildirib.
K.Əliyev qeyd edib ki, qəti siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin əsas amillərindən biridir: "Azərbaycanda Prezident İlham Əliyevin kompleks profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş qəti siyasi iradəsi korrupsiyaya qarşı səmərəli mübarizəni təmin etməyə imkan verib".
Oxşar xəbərlər
Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
Azərbaycanda ictimai nəqliyyat sahəsində elektriklə işləyən nəqliyyat vasitələrinin şarj olunmasında bərpa olunan mənbələrdən istifadə edilməsi pilot layihələr...