Azərbaycanda 2 qadın intihar etdi
Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Həkimlərin səyinə baxmayaraq, Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda isə 27 yaşlı qadın intihar edib.Report-un yazdığına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib
Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib. "Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib. Belə ki, Nobel prospektindəki evlərdən bi...