Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib
25
fev
2017
11:45
Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib.
"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib.
H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Dağüstü parkda 69 yaşlı kişi sirkə içib intihar etdi
Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib. "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Dağüstü park...