Bakıda 70 yaşlı qoca özünü asıb
18
apr
2016
18:05
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. İntihar edən şəxsin meyiti üç gün sonra aşkarlanıb.
BAKU.WS virtualaz-a istinadən xəbər verir ki, hadisə B.Nuriyev küçəsi, ev 17-də qeydə alınıb. Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 70 yaşlı Akif Ağacanov özünü tavandan iplə asaraq intihar edib.
Onun meyiti aşkarlandıqdan sonra A.Ağacanovun azı üç gün əvvəl intihar etdiyi məlum olub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
BAKU.WS
Oxşar xəbərlər
55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal ra...