Azərbaycanda vəzifəli şəxsin oğlu kredit borcuna görə özünü asdı
Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb. BAKU.WS-in məlumatına görə, lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun banka xeyli kredit borcu varmış. anspress-in məlumatına görə, dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı sakini kredit borcuna görə özünü asdı
Bakının Pirallahı rayonunda bir nəfər borca görə özünü asıb. BAKU.WS-in məlumatına görə, bu barədə virtualaz.org-a Pirallahı Rayon Polis İdarəsindən bildiriblə...