Kreditə görə bankın qarşısında özünü yandıran şəxs barədə yeni məlumat (VİDEO)

Kreditə görə bankın qarşısında özünü yandıran şəxs barədə yeni məlumat (VİDEO)
Video
Hadisə 2602

Dünən Binəqədidə özünü yandıran şəxsin kimliyi bilinib.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırıb.

Nəticədə o ağır xəsarətlər alıb. Aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Deyilənlərə görə, "Muğanbank"ın qarşısında özünü yandıran Malik Hüseynovun kredit borcu olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb. Ziya Səccad

BAKU.WS

Son xəbərlər